İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.
Newscenter.az-ın məlumatına görə, müraciətdə deyilir ki, aprel ayı üzrə Gəlir vergisi (Xüsusi notariuslar üzrə), Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri mayın 20-dən gec olmayaraq təqdim edilməlidir.
Bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat maliyyə sanksiyası tətbiq edilir.