Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin səfirliyini ziyarət edib

Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin səfirliyini ziyarət edib


Mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyini ziyarət edib. Newscenter.az xəbər verir ki, Şeyxülislam həzrətləri görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

BƏƏ-nin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi və diplomatik korpusun əməkdaşları ilə görüşən QMİ sədri mərhum Şeyx Xəlifə bin Zayed Al Nəhyanın xidmətlərini yüksək qiymətləndirib, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Sonda Şeyxülislam Allahşükür Paşazadə səfirlikdə açılan matəm kitabına başsağlığı sözlərini yazıb.

Mehman
Xəbəri paylaş