Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib.
Newscenter.az xəbər verir ki, dövlət başçısı dəvəti qazaxıstanlı həmkarı ilə telefon danışığı zamanı edib.
Dəvət məmnunluqla qəbul olunub.
Qeyd edək ki, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.