Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, səfər keçmiş prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədardır.
Qeyd edilir ki, Ərdoğan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşəcək.