Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi


“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”.

Newscenter.az-ın məlumatına görə, “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik məhkəmə prosesi artıq keçmişdir”.

Məlumata görə, mayın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski “rusiyayönümlü” partiyaların qadağan olunması haqqında qanunu imzalayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, “Həyat uğrunda - Müxalifət platforması”, Şari Partiyası, “Bizim”, “Müxalifət bloku”, “Sol Müxalifət”, Sol Qüvvələr Birliyi, “Dövlət”, Ukrayna Sosialist Tərəqqi Partiyası, Ukrayna Sosialist Partiyası, “Sosialistlər” və “Vlaidimir Saldo bloku” rusiyayönümlü təşkilatlar siyahısına daxil edilib.
Xəbəri paylaş