Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk dəfə "canlı" Radiostudiya layihəsi

Azərbaycanda ilk dəfə "canlı" Radiostudiya layihəsi


Azərbaycanda ilk dəfə “Radio TMB” (100.5 Fm) sinergiya formatında yayımını TMB TV tamaşaçılarının auditoriyasına və “şüşə arxasında” prosesi izləyən şəhər sakinlərinə təqdim edir. Newscenter.az-a televiziyadan bildirilib ki, yeni studiya TMB TV Azərbaycan kanalına, o cümlədən internet platformalarında radio proqramlarına canlı konsertlərin birbaşa yayımına imkan verəcək.

Belə ki, bu gün “Radio TMB” “Neftçilər” prospektində (Dənizkənarı Milli Parkda) inşa edilmiş yeni ofisindən yayıma başlayıb. Beş aydan çox davam edən dizayn işlərinin yekunu olaraq ölkənin ən müasir teleradio studiyası istifadəyə verilib. İki mərtəbədən ibarət və böyük yayım studiyasi ilə göz oxşayan 100.5 FM-in yeni ofisi texniki parametrləri ilə də diqqət çəkir. Yeni studiya üçün seçilən yüksək texnologiyalı radio avadanlıqlar, həmçinin HD kameralar və studiya işıqlandırma sistemləri müasir radio və tv-nin bütün standartlarına və yaradıcılıq tələblərinə cavab verir. Məhz buna görə yeni studiya ölçü və dizayn baxımından radiodan daha çox televiziyanı xatırladır. Prodüser, videorejissor və səs mühəndisinin fəaliyyət göstərdiyi istehsal otağının avadanlıqları isə müasir standartlarına görə xüsusilə seçilir.

Keyfiyyətli sosial və əyləncəli proqramların hazırlanması üçün ofislərimiz son dərəcə müasir texnologiyalarla təhciz olunub. “Radio TMB” nin yeni studiyasının digər layihələrdən əsas fərqi yüksək görüntü imkanına malik kameralardan və uzaqdan idarə olunan kameralardan istifadə edilməsidir.

Qeyd edək ki, “Radio TMB” 100.5 FM ölkəmizdə ilk dəfə keçiriləcək “Teknofest” festivalına media tərəfdaşlığı edəcək və yeni studiyanın açılışı da “17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə təsadüf edir.

Məlumat üçün bildirək ki, fevralın 1-dən Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə “Radio TMB” efir yayımına start verib.


Mehman
Xəbəri paylaş