Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın atəşkəsi pozması Kremlin təlimatlarını heyata keçirməkdir

Ermənistanın atəşkəsi pozması Kremlin təlimatlarını heyata keçirməkdir


V. Putin N. Paşinyan hakimiyyətdə olduğu müddətdə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına imkan verməyə bilər..

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyi planlaşdırır. Əldə olunan razılaşmaların yerine yetirilməsi istiqamətində bu görüşün təşkili nəzərdə tutulur. Xüsusilə 11 yanvar və 26 noyabr Soçi görüşündə razılaşmalarin yerinə yetirilməsi istiqamətində danışıqlar olacaq.

Qeyd edim ki, V. Putin N. Paşinyana Azərbaycanla məsafə saxlamağı qeyd edib. Belə olan təqdirdə Rusiyanın vasitəçiliyi müsbət nəticə verməyəcək. Sadəcə Rusiya bununla Brüsselin vasitəçiliyinə mane olmaqla, üçüncü tərəfin iştirakına imam vermemeyə çalışır.
Rusiyanın əsas məqsədi idarə olunan problem yaratmaqla, Qarabağda fəaliyyətini gücləndirməklə yanaşı, N. Paşinyanın hakimiyyətdə olduğu sürəcdə sülh müqaviləsinin bağlanmamasına çalışmaqdır. Moskvanın əsas siyasəti budur.

Qeyd edim ki, rəsmi Bakı Brüsselin vasitəçiliyini önə sürməli maksimum dərəcədə Türkiyə ilə birgə kordinasiyalı fəaliyyətlə Moskvanın təşəbbüslərini neytrallaşdırmalidir.

Kəlbəcər istiqamətində iki gün ərzində Ermənistanın atəşkəsi pozması məhz sülh danışıqlarından yayınmaq və Kremlin təlimatlarını heyata keçirməkdir.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini
Xəbəri paylaş