Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəndlərdə səyyar görüşlər davam etdirilir

Kəndlərdə səyyar görüşlər davam etdirilir


Növbəti səyyar görüş Mollaisaqlı kəndində kənd tam orta məktəbinin inzibati binasında keçirilib. Newscenter.az xəbər verir ki, səyyar görüşdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar tərəfindən kənddə içməli su və enerji təchizatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, torpaq məsələləri həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.

Mehman
Xəbəri paylaş