Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda sahibkarlarla görüş keçirilib

İsmayıllıda sahibkarlarla görüş keçirilib


İsmayıllıda sahibkarlarla görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə sahibkarların fəaliyyətinə mane olan amillərə, onları narahat edən digər məsələlərə toxunulub. Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitdən söz açılıb, icra qurumlarının iş adamlarına lazımi kömək göstərməsinin zəruriliyi qeyd edilib. Bildirilib ki, bu görüşün əsas məqsədi də mənfi halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasıdır.

Görüşdə gələcəkdə rayonda həyata keçiriləcək infrastruktur layihələr barədə məlumat verilib, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işlərinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sevinc
Xəbəri paylaş