Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizm sektoruna qarşı işgəncə

Turizm sektoruna qarşı işgəncə


Quru sərhədlərinin hələ də bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir.

Hələ gediş-gəliş etmək istəyən vətandaşlar üçün yaranan problemləri, xərclədikləri əlavə pulları demirəm. Bu bir ayrı dərddir.
2011-ci il turizm ili elan edildikdən sonra ardı-ardına Azərbaycan ən müxtəlif beynalxaq tədbirlərə ev sahibliyi etdi. Küllü miqdarda pul xərclənildi ki, bu pullar ölkənin beynəlxalq aləmdə tanıdılaraq turizm sektorunun inkişafı üçün katalizator olsun. 2019-cu ildə biz bunun faydasını da görməyə başladıq. Ölkəyə gələn xarici turistlərin sayı rekord həddə - 3 milyon 170 minə çatdı. 2020-ci ildə isə cəmi 795 min turist gəldi (səbəb: p*ndemiya). Bu 4 dəfə azalma deməkdır. Ötən ildə bu rəqəmlərdə ciddi dəyişiklik olmadı.

Quru sərhədlər dərhal açılmasa, bu il də turist sayı acınaqlı olacaq. Sonra da 2023-cü ildə bu ili analiz edərkən deyəcəyik ki, p*ndemiyaya görə 2022-ci ildə turizm inkişaf edə bilmədi. Yazıq p*ndemiya...!

P*ndemiya defakto bitib, ölkələr bütün sərhədlərini açıb. Amma biz hələ də nəyisə gözləyirik. Onsuz da artıq gecikmişik. Turizm mövsümü yeni başlasa da, planlamalar azı bir ay əvvəldən başlayıb. Biz quru sərhədlərimizi tez açmamaqla, regional rəqibimiz Gürcüstan üçün böyük yaxşılıq etdik. Heç olmasa, çox gecikməyək. Tək-tək yığdığımız turistləri, min-min itirmişik. Heç olmasa indi yenidən yığmağa cəhd edək.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş