“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın içində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz salındığımız dalana bir daha dirənməyi düşünmürük”.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İsveç tam bir terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar daxil olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar”, - o bildirib.