Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” sərgisində qonaq qismində mən də iştirak etdim.
Qeyd edim ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilən “Caspian Agro 2022” sərgisi Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir.
Tədbirdə İtaliya-Azərbaycan Ticarət Palatasının sədri, xanım Manuela Traldi ilə görüşüm isə çox xoş oldu.
Jalə Əhmədova - Milli Məclisin deputatı