Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.
Bu barədə Newscenter.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 53 yaşlı jurnalist saat 09:30 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.