Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan liderləri görüşəcək

Azərbaycan və Ermənistan liderləri görüşəcək


Sabah, mayın 22-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu, 2021-ci il dekabrın 14-də başlamış və bu il aprelin 6-da davam etmiş Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür.

Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması gündəlikdə duran əsas məsələlərdəndir. Habelə, humanitar məsələlər, o cümlədən mina problemi, birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanılar, kütləvi məzarlıqlar barədə məlumatların verilməsi, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələrlə bağlı məsələlər də Brüssel görüşündən olan əsas gözləntilərdəndir.
Xəbəri paylaş