Ölkəmiz müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik əlaqələr 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Ölkələrimiz siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdırlar. Belə ki, Litva hər zaman Azərbaycanın haqq işini dəstəkləmiş və ərazi bütövlüyünü tanımışdır. Eyni zamanda Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. 2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannamə ölkələrarası əməkdaşlığın inkişafında mühüm hüquqi baza olmuşdur.
Cari ilin mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumu keçirildi və bu forum ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini bir daha göstərmiş oldu. Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfər etməsi, o cümlədən dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi də uzun illərin strateji tərəfdaşlığını təsdiqləyir. Litva Prezidentinin səfəri həm də fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti cənab Gitanas Nauseda həmin gün mətbuata bəyanatlarla çıxış etmişlər. Möhtərəm Prezidentimiz öz bəyanatında bir sıra mühüm və vacib məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nausedanı qəbul edərkən keçirdiyi mətbuat konfransındakı fikirləri bir sıra mühüm nəticələri çıxarmaq üçün əsaslar verir. İlk növbədə dövlətimizin başçısı sülh mesajlarını verməklə müharibənin arxada qaldığını bəyan edib, amma Ermənistan rəhbərliyinin mövcud davranışlarının zərif sülhü hər an arxa plana keçirməsi mümkünlüyünə də işarə edib.
Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha da inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynamaqdadır . Bu gün Azərbaycanla Litva bir-birini hərtərəfli surətdə dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir.
Azərbaycanın hədəflərindən biri də ümumi enerji sahəsində bərpaolunan enerji mənbələrinin həcmini artırmaqdır. Litva Respublikası bərpaolunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malik bir ölkədir. Litva şirkətləri yüksək keyfiyyətə və davamlılığa malik günəş enerjisi modullarına malik olduğundan Litva həm dəAzərbaycana çox sayda fərqli qida məhsulları təqdim edə bilər, hansının ki, əsas ixrac bazarı Avropa İttifaqıdır. Bu həmin bazardır ki, burada yüksək səviyyəli, keyfiyyətliqida tələb olunur. Hər iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Belə ki, Litva yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, dəniz limanları infrastrukturu və xidmətlərinə malikdir. LitvaAvropa bazarına sərfəli logistik çıxış imkanına malik birdost ölkə kimi həm də, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin potensialını araşdırmaqda çox maraqlıdır. Ölkəmiz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindədir. Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyətə malikdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət etməkdədir. Xalqımız əmindir ki, Prezidentimizin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti Azərbaycanımızın siyasi-iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək və yaxın gələcəkdə ölkəmizin yeni-yeni naliyyətlərə, uğurlara, qələbələrə imza atmasına imkan yaradacaqdır
YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı - Əli Paşayev