Bu gün Azərbaycanımız sürətlə inkişaf etməkdədir. Xalqımızın 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıq,birlik,vətənpərvərlik bir çox dövlətlər və xalqlar tərəfindən yüksək rəgbətlə qarşılanmışdır.Bu nöqteyi-nəzərdən bir çox dövlətlər bizimlə əməkdaşlıq etməyə can atırlar.Mayın 18 -də Bakıda keçirilən Azərbaycan -Litva biznes forumu buna bariz misaldır.Forumda hər iki ölkənin dövlət başçıları,nazirlər və bir çox şirkətlər iştirak etmişdilər.Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar.
Mayı 18- də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan - Litva biznes - forumu ölkəmiz üçün mühüm əhəmiyyətə malik idi. Hər iki ölkənin rəsmləri ilə yanaşi,İKT,qida sənayesi,kənd təsərrüfatı,tikinti,təhsil,tibb və bir çox sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumda Azərbaycan- Litva iqtisadi əməkdaşliği barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verdi.O, dövlət başçılarının biznes - forumda iştirakçının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğuladı.
İki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub,keçirilən tədbirlər,aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək.
Forumda çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezident Gitanas Nausedanın hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir.Bu gün cənab İlham Əliyevin yürütdüyü möhtəşəm, ugurlu siyasət nəticəsində Azərbaycanda biznes mühiti investorlar üçün olduqca əlverişlidir. Dövlətimizin başçısı da çıxışında qeyd etdi ki, İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Azərbaycanın ixrac potensialının artdığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir. Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxış edərkən bu iki dost ölkə mövcud olan güclü siyasi münasibətləri qeyd edib və bildirib ki, Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Hazırda iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayələrinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idisə, hal-hazırda investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.
Hər iki dövlət birgə səyləri, layihələri, daha çox məlumatlandırmalarla möhkəm iş birliyi qura bilərlər. Ona görə də Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminik ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu forumdan və keçirdikləri görüşlərdən faydalanacaq, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
Ümid edirik ki,Litva Azərbaycan əlaqələri daima güclü olacaqdır. İşgaldan azad edilmiş torpaqlarımızda növbəti forumlar keçiriləcəkdir.
Mustafayeva Xəyalə- YAP fəalı