Mayın 22-də Estoniya Respublikası Riiqikoqusunun sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Newscenter.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Estoniya parlament nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Estoniya Riiqikoqusunun sədri Yüri Ratasın ölkə rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Arzu