Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

Gürcüstan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub


Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə 2022-ci ilin 19 may tarixindən etibarən Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədirlər.

Newscenter.az səfirliyə istinadən xəbər verir ki, may ayının 22-də Gürcüstan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olmuşdur.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Gürcüstan nümayəndə heyətinin üzvləri Şuşa şəhəri ilə bilavasitə yaxından tanış olmuş, tarixi Şuşa Bəyannaməsinin imzalandığı yerə baş çəkmiş, bərpa olunan Natəvan, Üzeyir Hacıbəyli, Bülbülün büstlərini, Bülbülün ev muzeyini və Vaqifin muzey-məqbərə kompleksini ziyarət etmiş, eləcə də Cıdır Düzündə namaz qılmışlar.

Din xadimləri, həmçinin, hal-hazırda Heydər Əliyev Fondu tərəfindən bərpa-təmir işləri aparılan Yuxarı Gövhər Ağa, erməni vandalları tərəfindən darmadağın olunmuş Çuxur Məhəllə və Seyidli məscidləri ilə tanış olmuşlar.

Gürcüstan nümayəndə heyətinin üzvləri gördükləri mənzərələrdən dəhşətə geldiklərini, dinindən, dilindən və milliyətindən asılı olmayaraq, məscidlərin dağıdılmasının insanlığa sığmayan əsl vandalizm aktı olması bərədə təəssüratları ilə bölüşmüşlər.

Din xadimləri Şuşa şəhərinin onlara böyük təəssürat bağışladığını söyləmiş, Azərbaycan mədəniyyətinin bu ocağına gəlməklərindən ən ülvi hisslərin keçirdiklərini vurğulamışdırlar.

Mehman
Xəbəri paylaş