Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə səmərəli fəaliyyət göstərən əməkdaşlar dövlət qulluğunda irəli çəkilirlər

Milli Məclisdə səmərəli fəaliyyət göstərən əməkdaşlar dövlət qulluğunda irəli çəkilirlər


Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib. R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışıb. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı verilib.

Newscenter.az xəbər verir ki, Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Parlament aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. Ayan Murtuzova dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Milli Məclis sədrinin digər sərəncamı ilə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan Şahin Xanbaba oğlu Quliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Bundan əvvəl isə Milli Məclis sədri Sahibə Qafarovanın sərəncamları ilə uzun illərdir çalışan Adil Vəliyev, Gülnarə İsmayılova şöbə müdiri, Eldar Əsgərov şöbə müdirinin müavini təyin olunmuşdu. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir.

Milli Məclisin komitələrində ekspert vəzifəsində uzun müddət çalışan Zaur Adıgözəlov və Cavanşir Qurbanova yüksək etimad göstərilmiş, onlar dövlət qulluğuna qəbul olunaraq məsləhətçi vəzifəsinə keçiriliblər.



Arzu
Xəbəri paylaş