Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nikol Paşinyan Şarl Mişellə görüşüb

Nikol Paşinyan Şarl Mişellə görüşüb


Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, - məlumatda deyilir.

Onlar hazırkı danışıqların səmərəli olacağına, sabitliyə və problemlərin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Paşinyan və Mişel 2021-ci il dekabrın 14-də və 2022-ci il aprelin 6-da əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Xəbəri paylaş