Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal aclıq gerçəkləşir?

Qlobal aclıq gerçəkləşir?


Rusiyanın Ukraynaya müdaxiləsi pandemiyanın və iqlim dəyişikliklərin doğrurduğu nəticələrdən birini - qlobal ərzaq çatışmazlığını daha da gücləndirib. Bu sahənin ekspertlərindən biri BMT-yə bildirib ki, dünyanın cəmi 10 həftəlik buğda ehtiyatı qalıb. The Economist yazır ki, BMT-nin hesablamalarına görə, buğda ehtiyatlarının azalması 2008-ci ildən bəri ən aşağı səviyyədədir.

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı müharibə strategiyasının tərkib hissəsi kimi ondan asılı olan ölkələri buğda “girovluğunda” saxlamaqda günahlandırıb. Bildiyiniz kimi illik 100 milyon tona qədər taxıl istehsalı gözlənilən Rusiya bu məhsulların ixracını iyunun 30-dək qadağan edib, Ukraynanın istehsalı məhdudlaşdırıb, Qazaxıstan ixraca kvota, Çin və Hindistan müvəqqəti olsa da qadağalar tətbiq edib. Durum çox acınacaqlıdır. Belə vəziyyət Azərbaycanı da təsirləndirəcək. Bizdə davamlı qıtlıq olacağını gözləmirəm, amma kəskin bahalaşma qaçılmazdır. Xüsusilə də un və un məmulatlarının, hətta buğdadan alınan spirtli içkilərin, o sıradan da pivənin qiymətləri artacaq. Bu il bir sözlə kasıb ili deyil. Odur ki, hökümət qlobal trendləri vaxtında və düzgün qiymətləndirməli, xüsusilə də aztəminatlı əhalinin effektiv sosial müdafiəsi və anti-inflyasiya istiqamətlərində əlavə tədbirlər həyata keçirməlidir.

Hesab edirəm ki, hökümət təcili olaraq aqrar müşavirə keçirməli və hazırkı durumu dəyərləndirib, bu il üçün gözləntilərini və çıxış yollarını müzakirə etməlidir.

Qubad İbadoğlu-iqtisadçı
Xəbəri paylaş