Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan millisinə 15 futbolçu çağırılıb

Azərbaycan millisinə 15 futbolçu çağırılıb


UEFA Millətlər Liqasında keçirəcəyi ilk 4 matç üçün Azərbaycan yığmasının təlim-məşq toplanışa dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, baş məşqçi Canni De Byazi mayın 29-da başlayacaq hazırlıq prosesinə 15 oyunçu çağırıb.

Toplanışın növbəti mərhələsində iştirak edəcək heyətlə bağlı əlavə məlumat veriləcək.

Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.

Qeyd edək ki, iyunun 3-də, 6-da, 10-da və 13-də keçiriləcək görüşlərə hazırlıq prosesi mayın 27-dək davam edəcək.
Xəbəri paylaş