Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel görüşü regionda sülhün təmin olunması baxımından səmərəli və məhsuldar oldu

[center]Brüssel görüşü regionda sülhün təmin olunması baxımından səmərəli və məhsuldar oldu[/center

Mayın 22-də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüş ölkəmizin növbəti siyasi-diplomatik uğuru kimi tarixə düşdü. Görüşün beş saatdan çox davam etməsi müzakirələrin detallı və gərgin keçməsinin göstəricisidir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüş zamanı Azərbaycan prezidenti cənab İlham Əliyev növbəti dəfə ölkəmizin dəyişməz mövqeyini diqqətə çatdırdı, Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyi və azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsinə toxundu:

"Bu bir daha Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin və öz vətəndaşına verdiyi dəyərin təzahürüdür.”

Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında keçirilən müzakirələrdə, “Dağlıq Qarabağ” ifadəsi işlədilmədi, beynəlxalq daşımalar çərçivəsində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq əldə olundu, yaxın günlərdə sərhəddə Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının birinci iclasının keçirilməsi haqqında, sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin görüşməsi kimi mühüm qərarlar qəbul edildi. Əlbətdə bütün bunlar ölkə başçımız, cənab Prezident İlham Əliyevin müdrik uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, Azərbaycanın diqtə edən tərəf olmasının göstəricisidir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, artıq dalana dirənmiş və sosial, iqtisadi, siyasi böhranın hökm sürdüyü Ermənistanın yersiz bəhanələrinə, zaman qazanmaq kimi cəhdlərinə yer yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yolu qalmayıb:

“Ümumilikdə Mayın 22-də keçirilən, ölkəmizin maraqlarının əks olunduğu Brüssel görüşü regionda sülhün təmin olunması baxımından səmərəli və məhsuldar oldu.”

Ruhiyyə
Xəbəri paylaş