Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Newscenter.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında kibertəhlükəsizlik, informasiya texnologiyaları və dəmir yolu sahələrində potensial əməkdaşlıq məsələləri müzakirə olunub.
Sevinc