Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandan həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyən edildi

Azərbaycandan həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyən edildi


Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, Həcc ziyarətinin qiyməti 9 106 manat müəyyən olunub:

"Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

QMİ nümayəndəsi bildirib ki, sabahdan, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır:

“Prosesin iki həftə ərzində yekunlaşması planlaşdırılır”.

Xatırladaq ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Builki qiymət 2020-ci ilki müvafiq rəqəmdən 860 dollar çoxdur. Həmin vaxt Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilmiş, lakin pandemiya səbəbindən ziyarət ləğv edilmişdi.
Xəbəri paylaş