Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər hər zaman mükəmməl təşkilatçılığı ilə fərqlənib

Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər hər zaman mükəmməl təşkilatçılığı ilə fərqlənib


Bu il may ayının 26-29-da dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olan "Texnofest-2022" Azərbaycanda keçiriləcək. Belə mühüm, dünya miqyaslı festivalın ölkəmizdə keçirilməsi Azərbaycanın gücünün, inkişafının, nüfüzunun və dünya miqyasındakı etibarının göstəricisidir. Eyni zamanda bu cür beynəlxalq miqyaslı tədbirlər ölkəmizin dünyada təbliği baxımından böyük rol oynayır. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər hər zaman mükəmməl təşkilatçılığı ilə fərqlənmişdir.

Bunu Newscenter.az a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, "Texnofest-2022" festivalı aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliğində, bu sahələrdə sahibkarlığın təşviqində, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir:

“Festivalda həm yerli, həm də xarici qonaqlar iştirak edəcək ki, həmin qonaqlar ölkəmizin inkişafına, gözəlliyinə, qonaqpərvərliyinə şahidlik edəcək“.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dünyada ikinci belə bir nümunəyə rast gəlmək mümkün deyildir ki, müharibədən yeni çıxan bir ölkədə sosial-iqtisadi inkşaf getsin, dünya miqyaslı tədbirlər keçirilsin – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ölkə başçımız, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və zərgər dəqiqliyi ilə apardığı siyasət nəticəsində vətənimiz Azərbaycan timsalında bu mümkün olmuşdur.

Ruhiyyə



Xəbəri paylaş