Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyaya kimlər ağalıq edir?

Dünyaya kimlər ağalıq edir?


Deyirlər, XXI əsrdə dünyanın əhalisi 10 milyardı, ÜDM-i 200 trilyonu ötəcək. Deyirəm, bu qədər insana və bu qədər dollara cəmi 1 milyon alçaq, 10 milyon axmağın dəstəyi və 100 milyon qorxağın köməyi ilə ağalıq edir. Hazırda bu proses qloballaşma adlanır. Dünyanın qabaqcıl ölkələri, millətləri qloballaşmaya üsyan edir, biz isə sivil dünyaya inteqrasiya deyib, qucaq açırıq...

1 milyon alçaq bütün zamanların və insanların ən pullu adamlarıdır, onlar bütün dünyanı bir şirkət kimi idarə etmək, hamıya və hər şeyə nəzarət etmək istəyirlər. Onların göstərişi və istəyi ilə müharibələr başlayır, sülhlər bağlanır, epidemiyalar yayılır, qırılan qırılır, sağ qalan sağ qalır. Biznesin ən gəlirli sahələri – silah, narkotik, qızıl və insan alveri onların əlindədir, pul qoyub, pul götürürlər. Onlar dünyada hər şeyi sata və ala bilərlər. Təbii ki, tək bacarmazlar, onlara 10 milyon axmaq dəstək verir.

10 milyon axmaq müxtəlif formalı və məzmunlu hərbçilərdir, silahlı qüvvələrdir. Onlar aparıcı dünya dövlətlərinin ordularında xidmət edirlər. Təbii ki, onların sayı daha çoxdur. Amma yalnız 10 milyonu real gücə malikdir və mənsub olduqları dövlətə, hökumətə, milli maraqlara deyil, dünyaya ağalıq edən həmin 1 milyon alçağın maraqlarına xidmət edirlər. Əvəzində onlara hamını soymaq, hamını cəzalandırmaq, hamıdan yaxşı yaşamaq və hər cür məsuliyyətdən yaxa qurtarmaq səlahiyyəti verilir. Təbii ki, bütün bunlar onların işi deyil, onlara 100 milyon qorxaq kömək edir.

100 milyon qorxaq bürokratlardır, deputatlardır, biznes adamlarıdır və onlara xidmət edən mətbuatdır. Doğrudur, bunlar insanları birbaşa soymurlar, talamırlar, cəzalandırmırlar və qırmırlar. Amma soyanlara, talayanlara və qıranlara hüquqi, siyasi və maddi dəstək verirlər, çünki onların süfrəsinin artıqlarını yeyirlər. Biz qloballaşmanın regional maketini həmişə Rusiyada müşahidə etmişik və edirik. Rusiya da dünyaya ağalıq etmək istəyir, alınmayanda, öz dünyasını yaratmaq niyyətini gizlətmir. Hazırda Rusiya bu məqsədlə Ukraynaya qarşı ədalətsiz, şərəfsiz və talançı müharibə aparır. Dünyanın yarısı bu müharibəyə qarşıdır, Ukraynanın yanındadır. Amma siz Rusiyanın bürokratlarına, deputatlarına, biznes adamlarına və rəsmi mətbuatına baxın. Göz qarşısında gedən müharibəni danırlar və Ukrayna xalqının soyqırımını “faşistlərə və nasistlərə qarşı xüsusi əməliyyat” adlandırırlar. Doğrudan da, utanmasan, oynamağa nə var ki...

100 milyon qorxağın günahsız insanları soyanlara, talayanlara və qıranlara dəstək verməsini biz 30 ildən çox davam edən və müharibəyə çevrilən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində də görmüşük. Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal etmişdi, 100 minlərlə günahsız insanı qaçqına və məcburi köçkünə çevirmişdi. Amma həmin 1 milyon alçaq, 10 milyon axmağın dəstəyi və 100 milyon qorxağın köməyi ilə bu müharibəni “erməni xalqının azadlıq müharibəsi” adlandırırdı və işğala məruz qalmış Azərbaycanı cəzalandırırdı...

Qalib ARİF
Xəbəri paylaş