"Ermənistanda mitinq keçirən Koçəryan və onun komandasının dərin təəssüfünə səbəb olacaq hadisə, Çarlz Mişelin dünənki və əvvəlki bəyanatlarında "Dağlıq və ya Aran Qarabağ", "erməni əsirlər", "Qarabağın statusu", "Rus sülhməramlısı", "Qarabağ xalqı", "Qarabağın erməni əhalisi" və ATƏT kimi ifadələr işlətməməsindən ibarət oldu".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, bəyanatda “Qarabağın etnik erməni əhalisi” ifadəsi yer alır:
"Azərbaycan etnik qruplar həmişə olub və olacaq. Azərbaycanın etnik erməni ailələri Vətən Müharibəsinə əsgər də göndərdi, şəhid də verdi. Kürdəmirdə Ermənistanın Müdafiə nazirinin bacısı 60 ildir yaşayır. Faktlar çoxdur. Hazırda qeyri leqal Türkiyədə yerləşən ermənilər belə Ermənistanla müqayisədə dəfələrlə firavan yaşayır. Azərbaycanda da ermənilər bizlərdən pis yaşamayıblar. Odur ki, ermənilər anlamalıdır ki, bu məsələdə problem Azərbaycan və ya türklərdə deyil, onların beyinlərini zəhərləyən Koçaryanlardadır".
Mehman