Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistana şərtlərimizi diktə edirik

Ermənistana şərtlərimizi diktə edirik


Ermənistan ordusu müharibədə məğlub olduğuna görə, hazırda Paşinyanın yerinə Koçəryan olsaydı belə, Prezident İ.Əliyevin şərtlərini qəbul etməyə məcbur idi. Sadəcə bu erməni ordusunun itkilərinin daha da artması fonunda baş verə bilərdi.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, döyüş meydanında ordusu zəif olan tərəfin nə siayasəti, nə də diplomatiyası söz sahibi ola bilməz:

"Son əsrdə ilk dəfə Ermənistana şərtlərimizi diktə edirik, Qarabağda isə ermənilərə yaşayış üçün minimal miqyasda ərazi təqdim edirik".

Ədalət Verdiyev onu da vurğulayıb ki, kənar soyuq barmaq olmasa, proseslər gözlənəndən də sürətlə gedəcək:

"Xankəndində, bəlkə də İrəvanda ermənilərin bizə xidmət göstərməkdən məmnun olacağı günü də görəcəyik".

Mehman
Xəbəri paylaş