İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “EUROCHAMBRES” və “EU4Business” təşkilatları birgə layihələrə maliyyə və texniki dəstək barədə müzakirələr aparıb.
Bu barədə Newscenter.az-a Agentlikdən bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə Belçikada səfərdədir. Səfər çərçivəsində o, “EUROCHAMBRES”in baş direktoru Ben Butters və “EU4Business” təşkilatının nümayəndələri ilə görüşüb. Görüşdə birgə layihələrin həyata keçirilməsinə maliyyə və texniki dəstəyin göstərilməsi, qurumun “yaşıl iqtisadiyyat” və KOB-ların rəqəmsallaşması ilə bağlı layihələrində iştirak imkanları, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, startaplarla bağlı layihələr çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sevinc