Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə yaradılan komissiyanın tərkibində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan da yer alır.
Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyib ki, general-mayor Arakel Martikyan ötən ilin avqustuna qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin rəisi vəzifəsini daşıyıb:
"Bu ilin 10 yanvarında isə Arakel Martikyan Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın fərmanı ilə Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib. Baş Qərargah rəisi vəzifəsinin uzun müddət vakant olduğunu, Arakelin faktiki olaraq bu vəzifəyə real namizəd kimi baxıldığını, onun intizamlı və sözəbaxan kadr olduğunu nəzərə alaraq, Martikyan komisiyaların fasiləsiz və problemsiz fəaliyyətini təmin etmək üçün əlindən gələni edəcəyi gözləniləndir".
Mehman