NATO rəhbərliyi Türkiyə ilə rəsmi Ankaranın narahatlığını müzakirə edəcək.
Newscenter.az-ın məlumatına görə, “Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, alyans lazımi arqumentlər tapacaq
Rusiya Prezidenti Vladimir Putin haqqında danışan alyansın baş katibi deyib ki, Haaqa Beynəlxalq Tribunal onun soyqırımın təşkilatçısı olub-olmamasına qərar verməlidir.
Qeyd edək ki, ötən həftə İsveç və Finlandiya alyansa üzvlüklə bağlı ərizələr veriblər və bu ərizələr NATO-ya üzv olan ölkələrin parlamentləri tərəfindən təsdiqlənməlidir. Bununla belə, Türkiyə İsveç və Finlandiyanın terrorçulara sığınacaq verdiyini əsas gətirərək, həmin ölkələrin alyansa girişini əngəlləməklə hədələyib. Xatırladaq ki, hər iki ölkədə PKK terrorçularına dəstək aksiyaları keçirilir.