Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Polşa ilə mədəni sahədə əlaqələrin inkişafı müzakirə edilib-FOTOLAR

Özbəkistan və Polşa ilə mədəni sahədə əlaqələrin inkişafı müzakirə edilib-FOTOLAR


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qurumun rəisi Şahin Seyidzadə ilə Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimovun başcılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, görüş zamanı tərəflər arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafını dəstəkləyən birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

xxx

Şahin Seyidzadə həmçinin Polşa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə də görüşüb.

Görüş zamanı səfirliklə əməkdaşlıq perspektivləri müzakirə edilib, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək birgə fəaliyyətlər, sərgi və layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.



NEWSCENTER.AZ
Xəbəri paylaş