Artıq NATO da qəbullanır ki, Türkiyənin şərtlərini yerinə yetirmək lazımdır. Bunu Baş katibin bu günki açıqlamasından sezmək olur. Baş katibin açıqlaması İsveç və Finlandiya rəsmilərinin Türkiyəyə səfərindən bir gün öncəyə təsadüf edir. Görünür ki, NATO-ya sabahki görüşdən nəticə lazımdır.
Son vaxtlarda xəbər yayılırdı ki, Türkiyə NATO-dan uzaqlaşdırılacaq. Əslində, bu bəzi NATO ölkələrinin öz mediaları vasitəsi ilə Türkiyəni İsveç və Finlandiya ilə bağlı mövqeyinə görə "qorxutmaq" cəhdidir. NATO ölkələri yaxşı anlayır ki, Türkiyəni uzaqlaşdırmaq böyük yanlışlıq olar.
Türkiyənin bu qəti mövqeyinə gəlincə, hesab edirəm ki, öz istədiyinə nail olacaq. Hər iki dövlətin-İsveç və Finlandiyanın Türkiyənin şərtlərini qəbul etməkdən başqa şansı yoxdur. Sabah baş tutacaq görüşdə mühüm irəliləyişin olmasını istisna etmirəm. Amma Türkiyənin tələbləri tək bu iki dövlətə aid deyil. Türkiyənin ABŞ-dan da tələbləri var. Doğrudur, Türkiyə öz tələblərini rəsmi dərc etməmişdən əvvəl ABŞ-la da bağlı tələbləri yayılmışdı, amma rəsmi dərcdə bu tələblər yazılmasa da, çox guman ki, bu tələblər qeyri-rəsmi yenə də mövcuddur.
Politoloq Əbülfəz Mamedov