Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk dəfə çiyələk festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə çiyələk festivalı keçiriləcək


Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Cəlilabad rayonunda çiyələk festivalı keçiriləcək.

Newscenter.az xəbər verir ki, 29 may 2022-ci il tarixdə saat 11:00-da Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçiriləcək festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş olunacaq.

Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, yerli yeməklərin dadına baxma, əyləncə proqramı, müharibə veteranları ilə görüş, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim ediləcək.

Mehman
Xəbəri paylaş