Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadçı ekspert: "Bu xalqı aldatmaqdan başqa bir şey deyil"

İqtisadçı ekspert: "Bu xalqı aldatmaqdan başqa bir şey deyil"


Dollar məzənnəsinin aşağı düşməsi, heç də ölkə iqtisadiyyatının möhkəmlənməsi və yaxud ixracatın yüksəlməsi, bundan sonra qiymətlərin aşağı düşməsi kimi başa düşülməməlidir. Dollar məzənnəsinin aşağı düşməsi ölkəyə gətirilən valyutanın çoxluğu ilə bağlıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Çingiz Şahbazi səsləndirib. O qeyd edib ki, hər hansı bir ölkənin valyuta bazarında dollar çoxaldıqca, birmənalı şəkildə o ölkənin milli pulu dollar qarşısında dəyər qazanır və dolları üstələməyə cəhd göstərir:

"Bundan istifadə edən hökumətlər çalışırlar ki, bunu öz xalqına iqtisadi və maliyyə siyasətinin qələbəsi kimi anlatsınlar, amma bu xalqı aldatmaqdan başqa bir şey deyildir. Xüsusi ilə də bu kimi halların orta təbəqə və sadə xalqa heç bir xeyri yoxdur".

Mehman
Xəbəri paylaş