Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tbilisidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub

Tbilisidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub


ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Gürcüstana səfər edib.

Newscenter.az-ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Tərəflər Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyət, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

N.Samxaradze bildirib ki, ATƏT PA-nın xüsusi nümayəndəsi Tbilisinin Qafqazda sülh təşəbbüsü barədə məlumatlandırılıb və Gürcüstanın bu prosesdə iştirakına hazırlığı ifadə olunub.
Xəbəri paylaş