Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Sonuncu Brüssel görüşü bizi sülh müqaviləsinə bir addım da yaxınlaşdırdı”

Jalə Əhmədova: “Sonuncu Brüssel görüşü bizi sülh müqaviləsinə bir addım da yaxınlaşdırdı”


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş ölkəmizin maraqlarının və regionda sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də konkret məsələlər üzrə razılığa gəlindiyini göstərdi.

Görüşün keçirilməsindən bir gün sonra mayın 23-də Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Analoji addım Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən də atıldı. O da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzaladı. Artıq Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Sərhəd Komissiyasının birinci iclası keçirildi və ikinci iclasın gələn həftə Moskvada keçirilməsi qərara alındı. Birinci iclasda tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiqlədilər.

Bütün bu deyilənlər onu göstərir ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasına bir addım da yaxınlaşdılar. Dünya ictimaiyyəti bir daha Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətinin və müdrik siyasi xadim kimi möhkəm siyasi iradəsinin şahidi oldu.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş