Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” mövzusunda XXI elmi-əməli konfransı keçirildi. Konfransın işində Azərbaycan, Türkiyə, İsveç, Rusiya, İsveçrə və digər ölkələrdən tanınmış alimlər, həmçinin gənc tədqiqatçılar iştirak edib, konfransa 37 elmi məqalə təqdim olunub.
Newscenter.az QAT-a istinadən xəbər verir ki, konfransa tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova moderatorluq edib. QAT sədri Akif Nağı konfransın məqsəd və məramı ilə bağlı məlumat verərək qeyd edib ki, builki konfrans Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə həsr olunub. Konfransda Akif Nağı “Azərbaycan dövlətçiliyinin Adorbayqan (Atropatena) ilə başlayan yeni mərhələsi”,
Brilyant Cəfərli “Qarabağın tacı Şuşada memarlığın yenidən oyanışı”, Kərəm Karabulut “Zəngəzur kolidoru: sosial ekonomik dəyərləndirmələr”, Gürsoy Solmaz “Erməni vəhşiliklərinin arxivləşdirlməsinə dair”, Hilal Şühəda Solmaz “Beynəlxalq qurumların Qarabağ və Ukrayna böhranlıarına dair davranışlarının müqayisəli təhlili”, Mustafa Alptuğ Yazıçıolğlu “İslamiyyət öncəsi və sonrasında Qarabağ”, Nurdan Çeliker “Əmir Teymurun Qərbə (Anadoluya) yönəlik fəaliyyətində Qarabağ”, Rafiq Səfərov “Böyük daşqın” ətrafında erməni saxtakarlıqıları”, Serpil Bayraq “Qaraqoyunlu, Teymur və Ağqoyunlu dönəmlərində Gəncə ərazisi”, Şamil Mehdi “Yeni dünya düzəni və Qarabağ”, Ziya Zakir Acar “ İğdır və ətrafında ermənilərin türklərə qarşı törətdikləri cinayətlər” və digər müəlliflərin məruzələri dinlənilib. Məruzələr ətrafında geniş müzakirəlrər aparılıb. Sonda tədqiqatların davam etməsi üçün əsas istiqamətlər müəyyən edilib.
Mehman