Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya taxıl satışına qoyduğu qadağanı aradan qaldırmasa, qiymət artımı baş verəcək

Rusiya taxıl satışına qoyduğu qadağanı aradan qaldırmasa, qiymət artımı baş verəcək


2019-cu ilin son aylarından başlayan Covid-19 pandemiyası və 24 Fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi nəticəsində dünyada demək olar ki, hər sahədə, xüsusilə də iqtisadi sahədə ciddi problemlər yaranmağa başladı. Dünya bir tərəfdən müharibələrdən, eyni zamanda onun yaratdığı qaçqın axını və miqrasiya problemlərindən, digər yandan havaların anormal keçməsi nəticəsində baş verən quraqlıqlar nəticəsində yaranmış ərzaq böhranından əziyyət çəkir. Demək olar ki, son baş verən proseslərdən sonra dünya böyük təhdidlərlə üz-üzə qalıb.

Dünyada iki taxıl istehsalçısı kimi qəbul edilən Rusiya və Ukrayna arasından baş verən müharibə nəticəsində Ukraynada taxıl istahsalı məsələsi xeyli dərəcədə azaldığı üçün 2022-ci il üçün ixrac məsələsi real görünmür. Ukraynadan fərqli olaraq isə Rusiya taxılın ixracı məsələsinə maraq göstərmədiyi və buna görə də taxıl 2022-ci ilin Avqust ayına qədər xaricə taxıl satışına qadağa qoyub.

Bəzi ekspertlərin fikrincə, Rusiyanın taxılla bağlı atdığı addımı dünyada ərzaq böhranı yaratmaq üçün addım kimi dəyərləndirir. Bu isə o deməkdir ki, Rusiya dünya ərzaq məsələsində həlledici rola malikdir. 2020-ci ilin statistikasına da nəzər salsaq belə mənzərə görə bilərik:

Çin — 134,254,710 ton
Hindistan — 107,590,000 ton
Rusiya — 85,896,326 ton
ABŞ — 49,690,680
Kanada — 35,183,000
Fransa — 30,144,110
Pakistan — 25,247,511
Ukrayna — 24,912,350
Almaniya — 22,172,100
Türkiyə— 20,500,000

Yuxarıda verilən statistikadan da məlum olur ki, Rusiya taxıl istehsalına görə dünyada 3-cü yerdə qərarlaşıb. Urayna isə 8-ci yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, bu iki ölkə dünya taxıl istehsalının təqribən 12-14%-i təmin edir. O zaman sual yaranır ki, Rusiya Ukraynadakı müharibə və taxıl ixracına qoyduğu qadağa ilə nələrə nail olmaq istəyir? Rusiya və Ukrayna arasında baş verənlər fonunda dünyanı hansı problemlər gözləyir?

Əlbəttə ki, enerji məsələsində olduğu kimi ərzaq məsələsində də Rusiya böhran yaratmaqla həm qiymət artımına, həm də digər dövlətləri özündən asılı hala salmağa çalışır. Aydın məsələdir ki, baş verənlər nəticəsində dünyada taxılın qiyməti 40-45% artmışdır. Bu prosesə Hindistanda havanın quraq keçməsi, Qazaxıstanın satışa qoyduğu qadağa da təsir göstərib.

Əgər yaxın vaxtlarda vəziyyət stabilləşməzsə və Rusiya taxıl satışına qoyduğu qadağanı aradan qaldırmasa, bu süni qiymət artımını artıra bilər. Nəzər alsaq ki, Rusiyanın illik taxıl satışı 50 milyon tondan artıqdır və qiymət artımı Rusiyaya milyardlarla dollar pul gətirəcək, o zaman məqsədin nədən ibarət olduğu məlum olur.

Son verilən məlumatlara əsasən Çin Rusiya və Ukraynadan taxıl idxal ediləmsi ilə bağlı "yaşıl dəhliz" məsələsini təklif edib. Əlbəttə ki, Çinin əsas məqsədi bununla ərzaq təminatını təmin etməkdir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
Xəbəri paylaş