Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Artıq ikinci ildir ki xalqımız Müstəqillik gününü qalib xalq olaraq qeyd edir

Sədaqət Vəliyeva: Artıq ikinci ildir ki xalqımız Müstəqillik gününü qalib xalq olaraq qeyd edir


Azərbaycan tarixinə qızıl hərflərlə həkk olmuş “28 May Müstəqillik Günü” xalqımızın qürür mənbəyinə çevrilmiş tariximizin şanlı və parlaq səhifələrindən biridir. 104 il əvvəl-1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublika kimi dünya tarixinə düşmüşdür.

Çox qısa zaman-cəmisi 23 ay davam etməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük işlər həyata keçirilmiş, dövlət bayrağı, dövlət himni, dövlət gerbi, dövlət vətəndaşlığı təsis edilmiş, milli ordu yaradılmış, 200-dən çox mütərəqqi qanun qəbul edilmişdir.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Müstəqillik tariximizin başlanğıcı olan “28 May Müstəqillik Günü” Azərbaycanda milli ruhun formalaşmasında və gələcək inkişafında böyük rol oynamışdır. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanda çox ağır siyasi-iqtisadi vəziyyət hökm sürsə də, xalqımızn Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz üzərindən qara buludlar çəkildi və müstəqil Azərbaycanın sürətli inkşaf dövrü başladı: “1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, sürətli inkişaf və tərəqqi illəri kimi həkk olmuşdur.”

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev də həyata keçirdiyi müdrik və uzaqgörən siyasəti ilə müstəqilliyimizin daha möhkəmlənməsinə, dövlətçiliyimizin inkşafına böyük təkan vermişdir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliy ilə müstəqil Azərbaycan dünya miqyasında öz gücü və nüfuzu ilə seçilən lider ölkələrdəndir. Azərbaycanın inkşaf göstəriciləri və ölkəmizdə həyata keçirilən köklü islahatlar beynəlxalq reytinqlərdə yüksək qiymətləndirilir:

“Artıq ikinci ildir ki xalqımız Müstəqillik gününü qalib xalq olaraq qeyd edir. Bizlərə bu qüruru və qələbəni bəxş edən başda Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev olmaqla Müzəffər Azərbaycan ordusuna təşəkkür edirik, şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik, uca Tanrıdan qazilərimizə şəfalar diləyirik.

Müstəqilliyimiz əbədi və sarsılmazdır. Yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan!”

Ruhiyyə
Xəbəri paylaş