Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici işlər nazirinin müavini Norveçə səfər edib

Xarici işlər nazirinin müavini Norveçə səfər edib


Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 23-25-də Norveç Krallığına işgüzar səfər edib.

Bu barədə Newscenter.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eivid Vad Petersson, Norveç Stortinqi (Parlament) Xarici işlər və müdafiə üzrə daimi komitəsinin sədri Ine Eriksen Soreide, Stortinqin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ingjerd Schou və "Equinor" şirkətinin vitse-prezidenti Qustavo Baquero ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünün bu işgüzar səfər və mədəni tədbirlərlə birgə qeyd olunması yüksək qiymətləndirilib, müxtəlif sahələr üzrə geniş potensiala malik ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, XİN-lər və parlamentlərarası müntəzəm dialoqun gücləndirilməsi, münaqişədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesləri, eləcə də bölgədə regional əməkdaşlığın qurulması istiqamətində irəli sürülmüş təşəbbüslər müzakirə edilib.

Norveç Beynəlxalq Məsələlər İnstitutunun (NUPİ) tədqiqatçıları ilə keçirilmiş dəyirmi masada post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və hazırda aktuallıq kəsb edən beynəlxalq və regional mövzular nəzərdən keçirilib.

Səfər çərçivəsində, Azərbaycan Respublikasının Müstəqillik Günü, eləcə də Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Oslonun "Litteraturhuset" Mərkəzində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.
Xəbəri paylaş