Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTİ ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu arasında görüş keçirilib

AQTİ ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu arasında görüş keçirilib


İtaliya Respublikasının Roma şəhərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndə heyəti ilə İtaliya Milli Sağlamlıq İnstitutunun (ISS) əməkdaşları arasında görüş keçirilib.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə hər iki qurumun fəaliyyət istiqamətləri üzrə geniş təqdimatlar nümayiş olunub. Bundan əlavə, tərəflər arasında əməkdaşlıq sahələri, təcrübə mübadiləsinin aparılması, hər iki ölkənin Milli Referens laboratoriyaları arasında qarşılıqlı əlaqələrin qurulması ilə bağlı müzakirələr olunub. Eyni zamanda beynəlxalq səviyyədə qarşılaşdırma sınaqlarının təşkili və kadr potensialının gücləndirilməsi üçün qarşlıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

İkitərəfli görüşün nəticəsi olaraq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə İtaliya Respublikasının Milli Sağlamlıq İnstitutu arasında birgə fəaliyyət üzrə memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub.

Mehman
Xəbəri paylaş