İtaliyada 1 avroya satılan evlərin sayı artıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Independent”ə istinadə xəbər verir ki, Avropada daşınmaz əmlaka daha çox maraq göstərən bir çox insanlar 1 avroya mənzil əldə edə bilərlər.
İtaliyanın mənzərəli guşələrində başlanğıc qiyməti 1 avrodan ev almaq təklifləri bir neçə il əvvəl yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə yaranıb. İndi təxminən 25 İtaliya bələdiyyəsi potensial alıcılara belə əmlak təklif edir.
Kəndlərdə bərbad vəziyyətdə olan evlər nominal qiymətə satılır. Gənc italyanlar getdikcə daha çox şəhərlərə köç edirlər və onların “daça”lara ehtiyacı yoxdur. Üstəlik, əmlakdakı ikinci ev üçün vergi ödəmək lazımdır. Bəzi qoca sakinlər evlərini yerli hakimiyyət orqanlarına vəsiyyət ediblər.
Bu cür mülkləri satmağın ideyası ondan ibarətdir ki, yaxın bir neçə ildə həmin evlərin təmiri və yaşayış məntəqələri tam qiymətə satmaqdan daha çox fayda verəcək.
Hakimiyyət orqanları yerli məhsullar aldıqları, inşaatçıları işə götürdükləri, bu yerlərə və attraksionlara investisiya yatırdıqları və hətta butik otellər quraraq turizmi stimullaşdırdıqları üçün yeni ev sahiblərinin axınının iqtisadiyyatı gücləndirəcəyini gözləyirlər.
Qeyd olunur ki, belə bir əmlak alarkən siz təmirə pul qoymalı olacaqsınız - bu isə 20-50 min avrodur. Hüquq xidmətlərinin dəyəri daha 3 000 avroya başa gələcək və müxtəlif bələdiyyələrdə 1 000-dən 10 000 avroya qədər zəmanət haqqı vermək lazımdır.
Yaxın 2-12 ay ərzində (bələdiyyədən asılı olaraq) təmir layihəsini (fasadın qorunması ilə) təqdim etmək və işə başlamaq və 3 il ərzində başa çatdırmaq lazımdır.
İtaliyanın şimalındakı Emiliya-Romanyada, Modiqliana kimi qədim xarabalıqları olan şəhərlərdə satılan evlər xüsusiyyətləri ilə seçilir. Burada simvolik məbləğə hətta uçuq-sökük bir monastır da almaq olar.
Romanın şərqində sahilə bitişik region olan Abruzzoda Kazoli, Santo-Stefano-di-Sessanio və Pratola Pelinya kimi şəhərlərdə boş evlər satışa çıxarılıb.
Pompey və Amalfi sahillərinə yaxın olan Neapol ətrafındakı Kampaniyada sahilin mənzərəli vulkanik bölgəsi, yaxınlarda yalnız 15 ailənin yaşadığı demək olar, tərk olunmuş mülklər satışa çıxarılıb.
Siciliya da 1 avroya satılan evlərin əsas mərkəzlərindən biridir. Regionun Mussomeli, Kalatafimi-Sedjsta, Oqasta, Sambuka və Kaltadjirone kimi şəhərlərində sahibsiz evlər satılır.
Siyahıya Pyemont, Le Marş, rəngarəng balıqçılıq kəndləri ilə tanınan Liquriya, Apuliya, Sardiniya əyalətlərinin müxtəlif şəhərləri daxildir.