44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının birbaşa rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən sonra xalqımızda özünəinam hissi daha artdı. Qazanılan bu tarixi qələbəni bizə bəxş edən dövlətimizin başçısı, dünya siyasətçisi kimi tarixə düşən diplomat Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və qəhrəmanlıqları ilə ad qazanan Azərbaycan oğullları qazandırdı.
Azərbaycan xalqı dövlətimiz başçısı ilə bir yerdə olaraq tarixi dədə- baba torpaqlarını erməni qəsbkarlarının əsarətindən azad etdi. Artıq hər birimiz üçün doğma olan Qarabağımızda və Şərqi Zəngəzurda geniş tikinti - quruculuq işləri sürətlə və planlı aparılır. Zorla doğma elindən-obasından məhrum olan soydaşlarımız tezliklə həmin ərazilərdə yaşamağa başlayacaqlar.
Bildiyimiz kimi , Möhtərəm Prezidentimiz və Mehriban xanım Əliyeva 27 may 2022-ci il tarixdə sürətli tikinti - quruculuq işləri aparılaran Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında iştirak etmişlər. Buda ondan xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri tezliklə öz doğma yurdlarına qayıdacaqdır. Bu bir daha onu göstərir ki, Azərbaycan dövlətinin öz vətəndaşları haqında olan siyasəti heç bir dövlətdə yoxdur və Möhtərəm Prezidentimizin bir daha hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam şüarı öz təsdiqini tapmış olur.
Dövlət başçımızın dediyi kimi, “biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq öz tarixi torpaqlarımızda yaşayacağıq”.
28 May Müstəqillik Gününün qeyd olunduğu ərəfədə Böyük Qayıdışa start verildi. İlk addım Zəngilan rayonunun Ağalı kəndində atıldı. “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühitinin yaradıldığı Ağalı kəndi 30 ildən sonra öz sakinlərini qarşılamağa hazırdır. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Əhalinin rifahı və rahat yaşaması üçün burada əlverişli infrastruktur qurulubdur.
Ağalı kəndinin müasir şəhər standartları səviyyəsində yenidən qurulması dövlətimizin gücünün təzahürüdür. Mənfur erməni faşizmi tərəfində dağıntılara məruz qalmış Qarabağımızın və Şərqi Zəngəzurun bərpası dövlətimizin öz maliyyə imkanları hesabına aparılır ki, bu dünya praktikasında heç bir dövlətdə yoxdur. Dövlət başçımızın siyasəti olaraq Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı işlərə məhz özünün siyasi və iqtisadi müstəqilliyi sayəsində nail olub.
YAP Tərtər rayon təşkilatının sədri - Eldar Əsədov