Özbəkistanda "Dostluq" festivalı keçirilib. Newscenter.az xəbər verir ki, Özbəkistanın qədim mədəniyyət incilərindən sayılan Buxara şəhərində baş tutan festivalda 4 ölkədən-Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan respublikasından nümayəndələr, eləcə də noğay türkləri qatılıb.
Buxara stadionunda baş tutan festivala Pencak-Silat idman növünün məşhur idmançıları da qatilib.
Qeyd edək ki, festivalda Azərbaycanı tanınmış sənətçi, müğənni Günay Bəylərqızı təmsil edib. Azərbaycanlı sənətçi bir-birindən maraqlı ifaları ilə Buxara stadionunda böyük coşqu yaradıb.
Mehman