Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirildi. Burada Azərbaycan və Türkiyənin iştirak etməsi alqışlanası haldır. Çünki Azərbaycan və Türkiyə iki dövlət, bir millət və qardaş ölkədir. İki qardaş ölkənin də belə festivallar keçirməsi çox təqdirəlayiqdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova pia.az-a açıqlamasında səsləndirib. MMP rəsmisi qeyd edib ki, 44 günlük Vətən müharibəsində türk PUA-ları sayəsində əsgərlərimiz torpaqlarımızı azad etdilər:
"Buna görə də indi həmin PUA-ları canlı görməyin özü başqa bir möcüzədir. Eyni zamanda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda oldu və cənab Prezidentlə o rəngarəngliyi izlədilər. Göy üzündə ay ulduzun olması, bayraqlarımızın rənglərinin səmada dalğalanması möhtəşəm idi”.
Mehman