Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi


Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsi xalqımızın həyatında mühüm tarixi hadisə oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu şanlı qələbə əldə etdi. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" - deyən Ulu Öndər Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi.

Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir,hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır. Ölkəmizin bütün sahələrindəki davamlı inkişaf Prezidentin qarşıya qoyduğu məqsədləri uğurla yerinə yetirdiyini göstərir.

Azərbaycan müharibədə sosial-iqtisadi inkişaf baxımından inkişaf etmiş güclü dövlət kimi iştirak etdi. Vətən müharibəsi güclü maddi-texniki bazaya və yüksək hərbi hazırlığa ,vətənpərvərlik əhval-ruhiyyəsinə malik Azərbaycan ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün də Möhtərəm Prezidentimiz işğaldan azad olunmuş torpaqlarımızda böyük abadlıq,quruculuq işlərinin aparılmasında xüsusi diqqət ayırır və həmin rayonlarda özü yaxından bu işlərlə tanış olur.

Prezident İlham Əliyev mayın 27-si Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" lahiyəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib və burada yaradılan şəraitlə tanış olub. Görüşdə Cənab prezident İlham Əliyev çıxış etmişdir.

Prezident İlham Əliyevin çıxış edərək bildirdi ki, "Biz iqtisadi cəhətdən müstəqilik.Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil.Bunu yaxın tarix göstərib.Ancaq biz tam müstəqilik,heç kimdən asılı deyilik,öz həyatımızı özümüz qururuq və heç bir yardıma,kreditə ehtiyacımız yoxdur.Əksinə biz özümüz bəzi ölkələrə kreditlər veririk.Məhz iqtisadi müstəqillik nəticəsində bu gün,bax,bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib.Bunu biz etmişik,öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir."

Artıq işğaldan azad olunmuş ərazilərimiz də aparılan tikinti-quruculuq uğurla həyata keçirilir. Tezliklə Qarabağımıza həyat yenidən qayıdacaq.

Gülnar Vahidzadə - YAP fəalı
Xəbəri paylaş