Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdə yeni inkişaf və tərəqqi modeli yaradılır

İşğaldan azad edilmiş ərazilərdə yeni inkişaf və tərəqqi modeli yaradılır


Vətən müharibəsindən sonra erməni vandallarının məhv etdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi dövlətimizin qarşısında duran ən mühüm vəzifəyə çevrildi. Prezident İlham Əliyev tərəfindən hər zaman olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanan ilk gündən bu istiqamətdə də aydın planlar, strateji hədəflər müəyyənləşdirildi və quruculuq işləri getdikcə intensivləşdirildi. Azərbaycan, eyni zamanda, kom-munikasiyaların açılması ilə bağlı fəaliyyətini genişləndirdi.

Mayın 27-də Zəngilan rayonu Ağalı kəndində "Ağıllı kənd"layihəsinin açılışında iştirak edən ölkə başçımızın xalqımızın rifah halının yaxşılaşması üçün yorulmadan mübarizə apardığının bir daha şahidi olduq. Bu layihə baxaraq hər bir azərbaycanlı qürur duyur.
Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, torpaqlarımız işğal altında olan dövrdə erməni faşizmi yaşayış sahələrimizi, o cümlədən, Zəngilan rayonunu yer üzündən silsə də, xalqımızın bu torpaqlardan izini itirməyə çalışsa da məqsədinə nail ola bilmədi. Müzəffər ordumuz 44 gün ərzində düşmənin hərbi birləşmələrini darmadağın edərək, tarixi qələbəni gerçəkləşdirdi və bundan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinin icrasına start verildi.

Azərbaycan Prezidenti Zəngilan rayonunda böyük infrastruktur layihələrinin sürətlə həyata keçirildiyini xatırladaraq, hazırda Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat xəttinin qurulduğunu, bu il Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini və bu aeroportun çox böyük funksiyalarının olacağını söylədi.

Bütün bunların təsadüfi xarakter daşımadığını vurğulayan ölkə rəhbəri gələcəkdə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi tanınacağının qarşıya mühüm vəzifə kimi qoyulduğunu da xatırlatdı. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır.

Tezliklə işğaldan azad olunmuş bütün ərazilərimiz cənnətə çeviriləcək. Bu gözəllikləri bizə bəxş edən Möhtərəm Prezidentimizə minnətdarıq. Azərbaycan xalqı hər zaman öz Prezidentinin apardığı siyasəti tam əminliklə dəstəkləyir. Bu birlikdə olan gücün sayəsində torpaqlarımızı azad edə bildik və hal- hazırda həmin ərazilərdə quruculuq işləri aparırıq.

Yaşasın Azərbaycan Respublikası !
Yaşasın Möhtərəm Prezidentimiz!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Mustafayeva Xəyalə- YAP fəalı
Xəbəri paylaş