Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Qazaxıstan, Belarus və Slovakiya yığmalarına qarşı keçirəcəyi C divizionun qrup oyunları üçün yekun heyəti açıqlanıb.
Newscenter.az xəbər verir ki, "Report"un AFFA-nın saytına istinadən məlumatına görə, baş məşqçi Canni De Byazi sözügedən matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına 26 futbolçu dəvət edib.
Milli komanda iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.
Qeyd edək ki, Canni De Byazi ilkin mərhələdə hazırlıq prosesinə 15 oyunçu çağırmışdı.
1
Səlahət Ağayev
Sabah
2
Emil Balayev
Turan (Qazaxıstan)
3
Şahrudin Məhəmmədəliyev
Qarabağ
4
Bədavi Hüseynov
Qarabağ
5
Maksim Medvedev
Qarabağ
6
Toral Bayramov
Qarabağ
7
Bəhlul Mustafazadə
Qarabağ
8
Abbas Hüseynov
Qarabağ
9
Qismət Alıyev
Zirə
10
Cəlal Hüseynov
Zirə
11
Höccət Haqqverdi
Sumqayıt
12
Anton Krivotsyuk
Visla (Plotsk, Polşa)
13
Azər Salahlı
Neftçi
14
Bəxtiyar Həsənalızadə
Sabah
15
Riçard Almeyda
Qarabağ
16
Qara Qarayev
Qarabağ
17
Coşqun Diniyev
Zirə
18
Eddi İsrafilov
Neftçi
19
Emin Mahmudov
Neftçi
20
Aleksey İsayev
Sabah
21
Anatoli Nuriyev
Sumqayıt
22
Ramil Şeydayev
Qarabağ
23
Dmitri Nazarov
Erzgebirge Aue (Almaniya)
24
Namik Ələskərov
Bursaspor (Türkiyə)
25
Renat Dadaşov
Tondela (Portuqaliya)
26
Mahir Emreli
Dinamo (Zaqreb, Xorvatiya)